r/azerbaijan • • Aug 02 '26

Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış

88 Upvotes

Əziz r/azerbaijan üzvləri!

Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.

1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə

Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.

Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).

Təhsilə görə möhlət yaş limitləri:

  • Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
  • Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
  • Magistratura (əyani): 26 yaşı tamam olanadək.
  • Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).

Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.

Çağırışdan öncəki tibbi yoxlanış:

  • Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
  • İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
  • Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.

2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış

Çağırışa vaxtında getmədikdə nə olur?

  • Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
  • Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
  • Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.

30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?

  • 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
  • Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
  • Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.

3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri

  • Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
  • Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.

4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək

Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:

  • Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
  • ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.

5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar

  • Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
  • DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.

Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.

6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları

Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:

  • Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
  • Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
  • Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.

Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.

7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi

Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:

  • Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
  • Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
  • Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.

📌 Xüsusi qeydlər

  • QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
  • QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
  • QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.

r/azerbaijan • • Jun 15 '26

Megathread 🇦🇿 Mega-Thread: Azerbaijan Travel Tips, Places, Food & More (Ask + Share)

21 Upvotes

Welcome to the community-sourced travel mega-thread for Azerbaijan! Whether you're planning your first trip, returning, or just curious — this is your place to ask and share tips, places, warnings, food, and hidden gems.

We've gathered insights from locals, expats, and travelers — now it's your turn. Reply with your experiences or questions under any section below.

🏙 1. Top Places to Visit

📍 Baku

  • Old City (Icherisheher): historic, charming, authentic soul of the city.
  • Maiden Tower, Shirvanshah Palace, Carpet Museum, Heydar Aliyev Center – top cultural sights.
  • Nizami Street, Molokan Garden, Baku Boulevard – modern walkways & shopping.
  • Gobustan mud volcanoes, Ateshgah Fire Temple, Yanardag – unique day trips.

Local tip: true local life happens outside the tourist zones – check dayday cafes and Sədərək bazaar.

📍 Outside Baku (Regional Highlights)

  • Sheki: Khan Palace, Kish village, Caravansaray, ancient mosques, hiking.
  • Gabala: Tufandag Resort (ski + cable car), Seven Waterfalls, Nohur Lake, Gabaland amusement park.
  • Lahij: Tat village known for copperware and scenic alleyways.
  • Ganja: Bottle House, Naftalan oil spa, Göygöl Lake, German heritage.
  • Quba & Khinalig: cooler nature, remote village experience.
  • Lankaran: food tours, Stalin's prison, chicken stuffed with walnuts.
  • Zaqatala, Oğuz, Nij: religious/ethnic diversity, ancient churches.

Locals are usually happy to guide lost tourists — don't hesitate to ask for directions in parks or shops.

In villages expect warm welcomes — tea invitations and local storytelling are common.

🛂 Visa & Entry Info

  • eVisa available at the OFFICIAL portal: https://evisa.gov.az
  • Allows a stay of up to 30 days, valid for a 3-month window from issue.
  • Standard fee is around USD $30, processed in ~3 business days. Urgent option processed in ~3 hours.
  • ⚠️ Watch out for lookalike agent sites charging $60–70+. They add a markup on top of the real government fee. Only use evisa.gov.az.
  • Passport must be valid for at least 6 months from arrival.
  • If you stay more than 15 days, you must register your address with the State Migration Service (your hotel usually handles this — confirm with them).
  • No visa on arrival for most travelers; visa required even for short stays.

🧳 Sample Itinerary: 7 Days in Azerbaijan

  • 🏙 Day 1–2: Baku (Old City, museums, Flame Towers)
  • 🌋 Day 3: Gobustan mud volcanoes, Yanardag
  • 🏔 Day 4: Gabala (Tufandag, Nohur Lake)
  • 🕌 Day 5–6: Sheki + Kish village (Palace, temples, hiking)
  • 🚂 Day 7: Return to Baku via Yevlakh or Gabala

🍽 2. Food & Dining

🍛 Must-try dishes:

  • Plov (Shah plov) – saffron rice, lamb, fruits.
  • Piti – slow-cooked meat soup (best in Sheki).
  • Qutab – meat, greens or cheese in flatbread.
  • Dolma (Three Sisters) – stuffed tomato, pepper, eggplant.
  • Levengi – chicken/fish with walnut-pomegranate stuffing.
  • Surhurlu, Makhara – regional Zaqatala dishes.
  • Dovğa, Fisincan, Doner, Tandır bread, Bakhlava.

Vegetarian? Doable in Baku (Sumakh, dairy dishes, dolma variants), but options thin out fast in the regions. Learn to say "ətsiz" (no meat).

🚌 3. Transport Tips

In Baku:

  • 🚖 Use Bolt or Uber – cheap, reliable, safe. Yango is another solid and sometimes cheaper alternative.
  • 🚫 Avoid hailing traditional/unmetered taxis off the street – known for overcharging tourists.
  • 💳 Pay through the app where possible; reduces disputes and skimming.

Metro & Bus:

  • Metro fare is 0.60 AZN per ride. Same fare on buses.
  • You can pay by tapping a debit/credit card or using a QR ticket via the m10 app — no BakıKart needed if you go that route.
  • You can get a BakıKart for metro and buses. Plastic card has a 3 AZN non-refundable deposit; paper/limited-use cards (up to 4 trips) are also available.
  • Metro runs ~06:00–24:00, trains every few minutes. Clean, cheap, marble everywhere. No step-free access at most stations — rough for wheelchairs/pushchairs.
  • Avoid rush hours 08:00–09:30 and 18:00–19:00 if you have luggage.

From Airport:

  • Bolt/Uber to the center = roughly 15–25 AZN depending on demand. App drivers may occasionally ask for extra at the airport.
  • Cheapest official option: Airport Express bus H1 to 28 May (city center), pay with BakıKart. Runs 24/7. See https://www.airport.az/en/transport/

Intercity:

  • Bus via "Biletim" app or at the Avtovagzal terminal (next to Avtovagzal metro).
  • Marshrutkas (minibuses) available for shorter regional hops.
  • Train to Sheki/Gabala (Yevlakh)/Ganja via the "ADY" app or buy at 28 May station. Comfortable but slow — take it only if you're not in a rush.
  • Car rental is the best move for Gabala, Lahij, Quba, Khinalig.

🌄 4. Hidden Gems & Nature

  • Villages:
    • Kish – ancient Caucasian Albanian temple and a scenic village atmosphere.
    • Nij – Udi Christian community and unique churches.
    • Basqal – traditional silk weaving (kelaghayi) and handicrafts.
    • Khinalig – remote high-altitude mountain village, breathtaking views.
    • Lahij – historic village known for copper craftsmanship and cobbled streets.
  • Nature:
    • Shahdag & Tufandag – ski resorts with hiking and cable cars.
    • Gobustan – mud volcanoes and ancient petroglyphs (UNESCO).
    • Seven Waterfalls (Gabala) – picturesque falls and greenery.
    • Nohur Lake – serene alpine lake, good for picnics.
    • Cenlibel Lake – tranquil mountain lake, nature walks.
    • Gachrash Forest – dense forest near Quba.
    • Parigala – ancient cliffside castle with stunning views.
  • Tip: Renting a car or joining a local tour is the practical way to reach these remote spots.

📶 5. Mobile, Language & Apps

  • Get a local SIM at the airport arrivals hall or any operator store (passport required). Azercell has the widest coverage; Bakcell and Nar are solid alternatives.
  • Current 2026 tourist options (prices shift, confirm in-store):
  • eSIM (Caucasus multi-country plans covering AZ/GE/AM) is now widely available and convenient if your phone supports it.
  • 📱 If you stay over 30 days, an unregistered phone's IMEI gets blocked. Short trips are fine.
  • Use Google Translate or SayHi for real-time help.
  • English is common in Baku tourist areas; Azeri, Turkish, Russian elsewhere.

📱 Useful Apps

  • 🚖 Bolt, Uber, Yango – taxis
  • 🚅 ADY – train tickets
  • 🚌 Biletim – intercity bus tickets
  • 🚏 Ayna MAAS – live bus arrival/departure times in Baku
  • 💳 m10 – QR transport tickets + payments
  • 🌐 Google Translate or SayHi – language
  • 🗺 Maps.me or Google Maps – offline/online maps (Yandex Maps also good for buses)
  • 💬 Telegram – local events/news channels
  • 🎫 iTicket.az – concerts, plays, cultural events

💳 6. Money & Payments

  • Currency: Azerbaijani Manat (AZN). ~1 USD ≈ 1.70 AZN as of early 2026 — confirm before you go.
  • Taxis & Tips:
    • Paying by card in-app reduces driver complaints and skimming.
    • If paying cash, drivers may not return small coins — treat ~0.50–1 AZN as a small tip.
    • Tipping an extra 1–2 AZN on longer rides or for good service is appreciated.
  • Cards accepted at big venues, but cash is essential for street food, markets, and small transport.
  • Downtown exchange offices give better rates than the airport.
  • Some shops may "pretend" the card machine is broken to push cash — just go elsewhere.
  • Exchanging money:
    • USD and EUR are easiest to exchange. Bureaus on/around Nizami Street beat airport kiosks.
    • Keep small notes (1, 5 AZN) for transport and tips.

Some add-ons: – Locals often round down prices or throw in something extra "for good mood" — especially if you smile or try a few Azeri words. – In small bakeries or markets, if you overpay by mistake, they usually correct you immediately. – Sellers appreciate genuine interest — they might explain an item, share a story, or offer a small discount unprompted. – People rarely pressure you to buy; many help with directions even if you don't. – If something feels off (overcharging, aggressive seller), calmly mentioning "polis" usually resolves it fast. – Aggressive street scams targeting tourists are uncommon — most locals want to leave a good impression.

🎭 7. Culture & Etiquette (from Locals)

👋 Greetings & Respect

  • Handshakes are standard, but religious women may avoid them — let them initiate.
  • Common casual terms among younger people:
    • "qardaş" [Kar-dash] – brother / bro
    • "bacı" [Bad-jee] – sister
    • "dostum" [Dos-toom] – my friend
    • "qaqaş" [Kah-khash] – bro / guy (very local)
    • "abi" [Ah-bee] – borrowed from Turkish, also "bro" (common in Baku)
    • "əmoğlu / dayoğlu" [Eh-mo-ghloo / Dai-yo-ghloo] – lit. cousin, used jokingly with strangers

👗 Dress & Public Behavior

  • Baku is relaxed — T-shirts, shorts, light dresses are fine.
  • In villages or mosques, dress modestly: cover shoulders and knees, especially women.
  • Public affection isn't common — outside Baku it may draw stares.
  • Loud arguments in public read as impolite. People value a calm, respectful tone.

🏠 Hospitality Rules

  • If invited home: bring chocolates, fruit, or flowers.
  • Shoes off indoors is standard; expect slippers from the host.
  • You'll be offered tea (çay) — accept after a polite refusal or two. Declining flat-out can seem rude.

🗣 Language & Communication

  • A couple of Azeri words go a long way:
    • "Salam" [Sa-lahm] – Hello
    • "Çox sağ ol" [Chokh sah-ohl] – Thank you
    • "Bağışlayın" [Bah-ghish-layn] – Excuse me / Sorry
    • "Zəhmət olmasa" [Za-hmet ol-ma-sa] – Please
    • "Hə / Yox" [Heh / Yoh] – Yes / No
    • "Necəsiz?" [Neh-jeh-seez?] – How are you?
    • "Mən turistəm" [Men too-reest-em] – I'm a tourist

People often warm up fast if you try even a few words in Azeri.

  • Locals may switch between Azeri, Russian, and Turkish — especially in Baku.
  • Even without English, people help via gestures, apps, or by finding someone who can.
  • Avoid political topics (Karabakh, Armenia) — even jokes can get tense.
  • Religion is personal — don't probe unless it's brought up.

📸 Photos, Symbols & Rules

  • Ask permission before photographing people, especially in villages or mosques.
  • Don't photograph police, government buildings, or military sites — taken seriously.
  • Avoid disrespectful comments about the flag, president, or national heroes.

🔍 Other Local Norms

  • Tipping: round up or add 1–2 AZN in cafes and taxis.
  • Littering is taken seriously — use bins.
  • Haggling is normal in bazaars — do it respectfully and with a smile.

🔗 8. External Resources

🗣 9. Local Advice – Add Yours in the comments!

  • Always agree the taxi price before the ride if you're not using an app.
  • If someone invites you for tea — say yes. It's usually safe and kind.
  • Don't drink tap water outside Baku unless locals say it's fine.
  • Skip political arguments, even as jokes.
  • Haggle in bazaars, but politely.
  • Get out of Baku for at least 2–3 days — that's where you see the real Azerbaijan.
  • Don't expect trains to be fast.
  • Vegetarians survive, but say "no meat" clearly outside Baku.
  • Don't photograph government/police buildings.

👮 Police & Public Safety

  • Police are highly visible in Baku and tourist areas — for safety, not intimidation.
  • Generally helpful and respectful toward tourists — approach them for directions.
  • In scams or disputes, police often side with tourists and take complaints seriously.
  • Don't photograph police, metro murals, or official buildings — ask if unsure.
  • If stopped by traffic police, ask to pay any fine through the official system, not cash.

🗣 10. Help Us Improve!

This guide is built from local insights and traveler experience. If you're Azerbaijani or know the culture, please share more tips, advice, or corrections below. Point out anything outdated — all feedback helps.

🛠 This post is updated as comments come in. Keep sharing below — every comment makes the guide better for the next visitor.

Thanks to u/N1C4T for the original post


r/azerbaijan • • 9h ago

Söhbət | Discussion I guess they're posting this on purpose

Post image
53 Upvotes

r/azerbaijan • • 1h ago

Söhbət | Discussion Turkey’s history of hijab ban and unintended consequences are not relevant to Azerbaijan

• Upvotes

During recent discussions about this topic, I keep seeing Turks argue that Turkey’s hijab ban inadvertently contributed to the radicalization of their society. This is often used to suggest that Azerbaijani society is destined to follow a similar path if it continues enforcing its current restrictions on headscarves worn by children in schools.

I simply don’t believe Turkey’s experience can be applied to Azerbaijan.

The main reason is that the Azerbaijani SSR already had restrictions on headscarves in schools before, and even before Turkey had similar restrictions. Despite Turkey’s subsequent transformation, Azerbaijan did not experience the same consequences.

I would imagine that many of our parents attended schools where secular values were encouraged and headscarves were largely absent. I think Azerbaijan’s historical experience suggests that restricting visible religious expression in schools does not produce a more radicalized society. In fact, there may be benefits to maintaining secular educational environments, particularly at a time when many countries are struggling with concerns about religious radicalization.

Azerbaijan is a beacon of hope in an area where we have radical Islam widespread all around us in Dagestan/Chechenistan, Turkey, and Iran. There is also the very real threat of how easy it is for religious fanatics to be influenced and leveraged by foreign actors.

I hope we cherish our secularism because Azerbaijani culture seems to have the perfect blend of modern secular views and traditional religious beliefs. The recent growth in headscarf use in young children threatens that balance and can lead to snowballed effects in generations to come if left unchecked.


r/azerbaijan • • 3h ago

Söhbət | Discussion Why is Azerbaijan's GDP per capita is low for an Oil country?

16 Upvotes

Azerbaijan's GDP per capita is projected to be around $8.000 USD (Nominal) for 2026, while Kazakhstan's expected to be $19.300.

Why it's like that? Isn't Azerbaijan an Oil country?


r/azerbaijan • • 1h ago

Xəbər | News Hakan Fidanı Fərid Qayıbov qarşılamağa gedib.

Post image
• Upvotes

Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.


r/azerbaijan • • 10h ago

Söhbət | Discussion Azerbaijan’s “Neither War Nor Peace” Strategy Is Limiting Rapprochement With Armenia

17 Upvotes

I found interesting article, what do you think Azerbaijan really wants peace deal with Armenia? since 2020, Armenia had 2 democratic elections, now they are on the way towards Europe, in 2027 EU can remove visa requirements for Armenian citizen.

since 2020, Azerbaijan arrested all independent journalist, land borders have been closed for 6 years, media has been banned, raising TAX and penalties.

corruption inside police, hit all time level, people are hunted with fabricated ”tinder” “narcotic” cases.

all Lgbt venues have been crackdown in 2025/2026 besides of hijab ban.

Seems we are on the way being Turkmenistan maybe kind of advance version of North Korea.

the article link below

https://carnegieendowment.org/russia-eurasia/politika/2025/12/azerbaijan-political-strategy


r/azerbaijan • • 13h ago

Xəbər | News Naxçıvanda hicabla bağlı video paylaşan iki nəfər həps edilib.

Post image
31 Upvotes

Naxçıvanda iki nəfərin övladlarının hicabla məktəbə buraxılmamasına etiraz etdikləri üçün saxlanıldığı bildirilir.

Bu barədə Meydan TV-yə saxlanılan şəxslərin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Nehrəm kənd sakini Məhəmməd Mirəli oğlu Seyidov və Naxçıvan şəhər sakini Elvin Nəcəfqulu oğlu Abbasov oktyabrın 13-də saxlanılıblar.

Yaxınları bildirirlər ki, hər iki şəxs övladlarının hicabla məktəbə buraxılmamasından narazı qalıb. Onlar bununla bağlı video çəkərək “WhatsApp” vasitəsilə paylaşıblar.

İddiaya görə, həmin videoların yayılmasından sonra Məhəmməd Seyidov və Elvin Abbasov saxlanılıblar.

Onların hansı qurum tərəfindən və hansı əsasla saxlanıldığı məlum deyil. Həmçinin barələrində inzibati və ya cinayət işi başlanıb-başlanmadığı barədə rəsmi açıqlama verilməyib.


r/azerbaijan • • 12h ago

Digər | Miscellaneous When you are propagandist but you don't even know your country's diplomatic protocol

Thumbnail
gallery
18 Upvotes

r/azerbaijan • • 12h ago

Söhbət | Discussion Just some of Ilham’s statements before current LARP

Thumbnail
gallery
16 Upvotes

Və İlhamın bir ay əvvəlki ritorikası - https://www.reddit.com/r/azerbaijan/comments/1wh4ypx/azerbaijani_president_threatens_antiislamist/

Qarabağ münaqişəsi artıq bitdiyinə və o, hakimiyyətini əsaslandırmaq üçün istifadə edə bilmədiyinə görə, nəhayət, özünə yeni bəhanə tapıb.

“Belə bir münaqişə davam etdiyi halda necə etiraz edə bilərsiz? Ermənilər vəziyyətdən istifadə edib bizə hücum edəcəklər” fikrindən “Mənə necə qarşı ola bilərsiz? İstəyirsiz ki, ölkəmiz Suriyaya ya Əfqanıstana çevrilsin?” fikrinə keçib.


r/azerbaijan • • 22h ago

Xəbər | News They're at it again LMAO

Post image
68 Upvotes

Always tryna gain attention


r/azerbaijan • • 14h ago

Xəbər | News “Leylini qoy məktəbə getsin” təşəbbüsünü irəli sürən fəalın saxlanıldığı deyilir

Thumbnail
storage.googleapis.com
13 Upvotes

r/azerbaijan • • 11h ago

Söhbət | Discussion Türkiye aynısını yaptı ve 20+ yıllık Erdoğan hükümeti ile sonuçlandı

5 Upvotes

Türkiye'de aynısı yaşandı bugün Azerbaycan'da yaşananların sonuçları ortada. Aynı hatalara düşmeyin

Translation : This happened to Türkiye too. And outcomes are visible. Don't Make same mistakes


r/azerbaijan • • 12h ago

Sual | Question Türkiyədən Azərbaycana köçmək

5 Upvotes

24 yaşım var və universiteti bitirmək üzrəyəm; magistratura təhsili almağı düşünürəm. Həyat yoldaşım 26 yaşındadır və əvvəllər SOCAR-da təcrübə keçmiş təcrübəli kimya mühəndisidir.

Buradakı siyasi islam və iqtisadi qeyri-müəyyənlik səbəbindən başqa bir ölkəyə köçməyi düşünürük. Əvvəlcə Avropanı nəzərdən keçirirdik, lakin son xəbərlərdən sonra Azərbaycanı da araşdırmağa qərar verdik.

Sizcə, Azərbaycan türk mədəniyyətindən uzaqlaşmadan asanlıqla uyğunlaşa və həyat qura biləcəyimiz bir yerdirmi? İngilis dili səviyyəmiz yaxşı olsa da, heç birimiz Azərbaycan dilində danışmırıq. Dil baryeri bizim üçün problem yaradarmı? 70 000 manat məbləğində əmanətimiz var.


r/azerbaijan • • 16h ago

Şəkil | Picture Dimdiyini qırmış qarğa

Thumbnail gallery
8 Upvotes

r/azerbaijan • • 21h ago

Söhbət | Discussion Honestly, stop the BS

17 Upvotes

I swear, some of these Turkish people and the crowd that blames everything on Jews don’t know Azerbaijan at all, yet they talk with such confidence, as if they do. We kept saying this isn’t the first time. In the 2010s, there was a hijab ban in schools, mass Ashura gatherings were banned, the volume of the Adzan in mosques was reduced, and the crackdown was even harsher than anything now. Back then, there were actually more religious people than there are nowadays, Salafis, Wahhabis, pro-Iranian Shias, and women walking around in chadras, especially in the Yasamal/Kubinka/Nizami areas and on the outskirts of Baku. But social media wasn’t a thing like it is nowadays, so there wasn’t much fuss, so yeah. Since then, Azerbaijan has secularized rapidly. I mean, the population was always mostly irreligious, but these people are gone too. The mosques are empty, and there aren’t “Quran courses” and “Arabic language courses” on every other corner like there used to be. I doubt anyone who can’t analyze this even lives in Baku or old enough to observe these events lmao.

Yet now they come and explain the country to those of us who were around for those events, who heard with our own ears what was being said in those circles and saw it with our own eyes. In recent years (or shall I say after Khamenei's death?) these people have started growing again, which is very strange and should raise a lot of questions for fellow Azerbaijanis too. Aliyev is indeed an authoritarian, but how ignorant do you have to be to brush off every conversation with “he’s paranoid” or “he’s going crazy”? This negligence is our biggest problem.

Just food for thought below.


r/azerbaijan • • 1d ago

Söhbət | Discussion Buna fikir vermisiniz ?

Thumbnail
gallery
46 Upvotes

Xalq tərəfindən müsbət qarşılanan qanunlar qəbul ediləndə, media bunun prezident fərmanı olduğunu yazır. Lakin populyar olmayan və ciddi narazılıq ilə qarşılanan qanunları həmişə ya Nazirlər Kabineti, ya da Milli Məclis çıxardır. Bu bəlkə də çox açıq-aydındır amma məncə təsiri çoxdur. Mən tez-tez hakimiyyətdən nifrət edən amma prezidenti sevən, ya da ən azı ona qarşı hörmət hissi keçirdən adamları görərəm ətrafımda .


r/azerbaijan • • 19h ago

Xəbər | News I joined Nobel Prize winner Ales Bialiatski on a side panel during OSCE Warsaw Human Dimension conference and discussed situation of human rights in Azerbaijan

Thumbnail spring96.org
9 Upvotes

r/azerbaijan • • 17h ago

Söhbət | Discussion Salam hamıya,open-minded olan insanları söhbət etmek istəyirəm,azərbaycanda realda çox qarşılaşa bilmədim,ona görə də burdan yoxlamaq istəyirəm.

3 Upvotes

Salamlar hamıya,yuxarıda dediyim kimi open minded düşüncədə olan insanlarla tanış olmaq danışmaq istəyirəm.İstəsəz yorumlara open minded olduğunu düşündüyünüz fikirlərinizi də yaza bilərsiz


r/azerbaijan • • 1d ago

Digər | Miscellaneous Activists launched a platform for teachers/instructors who wants to give free education to girls banned from school

Thumbnail instagram.com
11 Upvotes

r/azerbaijan • • 23h ago

Xəbər | News Why Ramzan Kadyrov Visited Azerbaijan – Putin, Wealth and a Possible Escape Plan

Thumbnail
kyivpost.com
6 Upvotes

r/azerbaijan • • 1d ago

İdman | Sports Sabah FK defeats Slavia Prague

Post image
92 Upvotes

r/azerbaijan • • 1d ago

Tarix | History Aliyev family in Saudi Arabia, 6 April 2015

Post image
157 Upvotes

r/azerbaijan • • 1d ago

Sual | Question Steam və ƏDV

7 Upvotes

Steamın Valve Corporation olaraq sentyabrın 1-indən vergi uçotuna alındığını bilirik. Bu yaxınlarda ABB ilə ödəniş zamanı komissiya və vergi başlığı altında əlavə məbləğ çıxdı. uçot qeydiyyatından sonra bu 18% ƏDV-nin olmayacağını zənn edirdim. Qanunları çox da dərin bilmədiyimdən ötrü xətanın məndə yoxsa banklarda olduğunu bilmirəm. 2-ci ehtimalda isə nə edəcəm idk. Ona görə də müraciətim sizədir. İndidən təşəkkürlər


r/azerbaijan • • 17h ago

Tarix | History Hicab qadağasının tərəfdarlarıyçün

0 Upvotes

Hazırda oxuduğum kitabda təsadüfən Azərbaycanın cari gündəmi ilə əlaqəli bir hissə ilə qarşılaşdım:

"Sonradan Rza Şah İranın müxtəlif bölgələrində qanun və qayda-qanunu bərpa edərək ölkəni modernləşdirməyə başlayanda, o vaxta qədər İran cəmiyyətində üləmanın [üləma: islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri (vikipediya)] imtiyazlı mövqeyinə sistemli hücuma keçdi və onların həyati gəlir mənbələrini birbaşa və ya dolayısı ilə aradan qaldıran, sosial-siyasi təsirini məhdudlaşdıran bir sıra siyasət yeritdi. Xüsusilə, əvvəllər əsasən din xadimlərinin nəzarətində olan ölkənin məhkəmə və təhsil sistemlərindən üləmanı kənarlaşdıracaq bir sıra qanun qəbul etdi. Məsələn, 1920-ci illərin sonunda mülki və cinayət qanunlarının qəbul edilməsi ilə şəriət məhkəmələrinin yerini 1927-ci ildə yaradılan Ədliyyə Nazirliyinə bağlı dünyəvi məhkəmələr aldı, 1936-cı ildən etibarən isə Tehran Universiteti yarandıqdan sonra ölkənin məhkəmə sistemində yalnız təsdiqlənmiş akademik diplomu olan hüquqşünaslar hakimlik edə bilirdi. Eyni zamanda hər səviyyədə dünyəvi təhsilə keçildi və müxtəlif tipli dini məktəb və mədrəsələr qısa müddətdə ya aradan qalxdı, ya da durğunlaşdı.

İmam Hüseynin Kərbəlada şəhid edilməsini anma mərasimləri də daxil olmaqla, açıq havada dini mərasimlərin rəsmi şəkildə qadağan edilməsi də din xadimlərinə qarşı ciddi təhqir idi. Bir təhqir də 1936-cı ildə edildi: qadınların ənənəvi İran örtüyü (çadra) geyinərək küçəyə çıxması qadağan olundu. Təxminən eyni vaxtda hökumətə dini vəqflərin idarə olunmasına lazımi qədər müdaxilə səlahiyyəti verildi və bütün notariat əməliyyatları din xadimlərinin əlindən alındı; bütün bunlar dini qurumlara axan gəlirləri kəsən tədbirlər idi."
[Türkcədən tərcümə: Claude]
(“Şii İslam Tarihi”, 2014, Alfa. Səh. 123-124)

Tarix sübut edir ki, dinə qoyulan qadağalar heç vaxt dini aradan götürə bilməyib. Nəinki aradan götürmək, vaxtıykən bu iyrənc qadağaların qoyulduğu İran hazırda dünyada Şiə İslamının əsas təmsilçisi sayılır. Bu da onu göstərir ki, Azərbaycanda qadağa dinə qarşı qoyulmayıb. Başqa, bir nəfərə xidmət edən məqsədi var. Odur ki, ağlı olan ən qatı din düşmənləri belə bu qadağaya qarşı çıxmalıdır. Təbii ki, yapçı deyilsə.